Azərbaycan millisinin baş məşqçisi vəfat etdi

Azərbaycan millisinin baş məşqçisi vəfat etdi

Azərbaycan idmanına ağır itki üz verib. Fanat.az xəbər verir ki, kişi voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Feliks Məmmədov dünyasını dəyişib.

O, səhər saatlarında uzun sürən xərçəng xəstəliyindən vəfat edib. 79 yaşında dünyasını dəyişən Məmmədov bu gün paytaxtda dəfn olunacaq.

Qeyd edək ki, Məmmədov Azərbaycanla yanaşı, Türkiyədə də çalışıb. O, müxtəlif illərdə SSRİ və Azərbaycan çempionatının mükafatçısı olub. (APA)

Azərbaycan millisinin baş məşqçisi vəfat etdi

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər