Azərbaycan millisi "play-off"da - son oyunda 8 qol

Azərbaycan millisi "play-off"da - son oyunda 8 qol
Futzal üzrə dünya çempionatının seçmə mərhələsi Avropa zonasında mübarizə başa çatıb. Fanat.az хəbər verir ki, milli komandamız bu gün qrupda son oyununa çıxıb.
Komandamızın rəqibi qrupun oyunlarına ev sahibliyi edən Xorvatiya olub. 8 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 4:4. Millimiz 3 dəfə hesabda önə keçsə də, xorvatlar bərabərliyi təmin edib.
Qrupun digər oyununda Belarusla İsveç "sülh"ə razılaşıb - 2:2.
Bu nəticələrdən sonra Azərbaycan millisi 7 xalla 1-ci pilləni tutub. Belarus isə 4 xalla ikinci olub. Həri iki komanda "play-off"a vəsiqə qazanıb.
Qeyd edək ki, Avropa zonasında əsas seçmə mərhələnin 7 qurupunda ilk iki pilləni tutan 14 komanda "play-off"a çıxıb. "Pley-off" oyunları gələn ilin 22 mart və 12 aprel tarixlərində keçiriləcək. Qaliblər 2016-cl ilin 10 sentyabr-1 oktyabr tarixlərində keçiriləcək Dünya çempionatına vəsiqə qazanacaq.
DÇ-2016
Seçmə mərhələ
II qrup, III tur
13 dekabr
Azərbaycan - Xorvatiya 4:4
Qollar: Sergey Çuykov, 5. Amadeu, 28. Vitali Borisov, 29; 37 - Franko Yelovçiç, 24. Yosip Suton, 29. Jakov Qrciç, 37. Kristian Qrbeşa, 38.
Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 9. Auqusto, 10. Amadeu, 15. Rafael.
Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 2. Samir Həmzəyev, 3. Zeynal Zeynalov, 4. Ramiz Çovdarov, 5. Fineo de Arauxo, 8. Rizvan Fərzəliyev (k), 14. Vitali Borisov, 17. Andre, 18. Sergey Çuykov.
Baş məşqçi: Tino Peres.
Xorvatiya: 20. Franko Biliç, 3. Jakov Qrciç, 7. Franko Yelovçiç, 10. Tihomir Novak, 11. Yosip Suton.
Ehtiyat oyunçular: İvo Yukiç, 2. Vedran Matoşeviç, 4. Kristian Qrbeşa, 6. Saşa Babiç, 8. Dario Marinoviç, 9. Andrey Pandureviç, 13. Renato Koturoviç, 16. Toni Yelaviç, 17. Luka Periç.
Baş məşqçi: Mato Stankoviç.
İstifadə olunmayan penalti: Franko Yelovçiç, 20.
Sarı vərəqələr: Amadeu, 6. Auqusto, 32.
Hakimlər: Qabor Kovaç, Vladimir Kadikov, Herd Bilois.
Osiyek. "Qradski Vrt Hall". 

1

Azərbaycan

3

2

1

0

19:8

7

2

Belarus

3

1

1

1

11:13

4

3

Xorvatiya

3

1

1

1

13:12

4

4

İsveç

3

0

1

2

5:15

1

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər