Azərbaycan millisinin yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib. Fanat.az xəbər verir ki, Robert Prosineçki komandanı Kanada ilə oyunda sınayacaq.
Bu barədə Kanada Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, oyun komandaların Avstriyada keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində keçiriləcək. Artıq matçın vaxtı da bəllidi. Komandalar iyunun 3-də üz-üzə gələcək.
Qeyd edək ki, millimiz Avstriya toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirəcək.
Fanat.az