"2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı geyimlərin hazırlanması üçün İtaliyanın məşhur moda evinə sifariş verilməyəcək". Bunu anspress-ə açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.
Nazirlik nümayəndəsi bu addımın hansı səbəbdən atıldığını açıqlamayıb. O həmçinin dizaynerin vəsaitə qənaət baxımından dəyişildiyi sualına da cavab verməyib.
S.Məmmədovanın sözlərinə görə, brend dizayner ilə bu dəfəki dizaynerin arasında qiymət baxımından nə qədər fərq olacağı haqda hələlik dəqiq məlumat vermək mümkün deyil: "Bununla bağlı hələ ki hesabat gedir. Hazırda Rio-de-Janeyroya gedəcək təmsilçilərimizin sayı-hesabı bilinmir. Hələlik təmsilçirəmiz lisenziya qazanmaqdadılar. Buna görə də sifarişin detalları hələlik məlum deyil".
Dizaynerin dəyişilməsinə baxmayaraq 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edəcək azərbaycanlı idmançıların geyimlərinin yüksək keyfiyyətli, parad və idman geyimlərindən ibarət olacağı gözlənilir.
2012-ci ildə London Yay Olimpiya oyunları üçün geyimlər məşhur italyan dizayneri Erman Skervinonun moda evində tikilib.
Fanat.az