Azərbaycan - Makedoniya oyununun tarixi müəyyənləşdi

Azərbaycan - Makedoniya oyununun tarixi müəyyənləşdi

Azərbaycan milli komandasının Makedoniya ilə oyununun keçirilmə günü müəyyənləşib. Fanat.az xəbər verir ki, Avstriya təlim-məşq toplanışı zamanı keçiriləcək bu yoxlama oyunu mayın 26-da baş tutacaq.

Makedoniya Avstriyada mayın 29-da BƏƏ ilə qarşılaşacaq. Millimiz isə iyunun 3-də Kanada ilə qüvvəsini sınayacaq. Yığmamız Avstriyada daha bir rəqiblə oynayacaq. Bu rəqibin BƏƏ, Slovakiya və ya Gürcüstan millisindən biri olacağı istisna edilmir. Çünki bu komandalar da həmin müddətdə Avstriyada olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər