Azərbaycan - Makedoniya: hakimlər bəlli oldu

Azərbaycan - Makedoniya: hakimlər bəlli oldu

Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində mayın 29-da keçiriləcək Azərbaycan - Makedoniya matçının hakimləri müəyyənləşib. Fanat.az xəbər verir ki, oyunu avstriyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Markus Hameter olacaq. Ona həmyerliləri Rolan Braunşmidt və Maksimilian Kolbitş köməklik edəcək. Manuel Şüttenqruber isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Avstriyada keçiriləcək Azərbaycan - Makedoniya oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər