Yanvarda Sankt-Peterburqda keçriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, turnirdə iştirak edəcək Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının da rəqibləri müəyyənləşib.
C qrupunda mübarizə aparacaq millimiz Litva, Slovakiya və Qazaxıstan yığmaları ilə qarşılaşacaq.
A qrupu: Tacikistan, Yunanıstan, Bolqarıstan, Estoniya
B qrupu: Latviya, Belarus, Rusiya, Hindistan
C qrupu: Litva, Azərbaycan, Slovakiya, Qazaxıstan
D qrupu: Moldova, Sloveniya, Sankt-Peterburq, İran
Qeyd edək ki, oyunlar yanvarın 7-22-si aralığında Sankt-Peterburq şəhərində keçiriləcək.
Fanat.Az