Azərbaycan Kubokunun qalibi müəyyənləşir: "Sabah" "Zirə"yə qarşı

Azərbaycan Kubokunun qalibi müəyyənləşir: "Sabah" "Zirə"yə qarşı

Bu gün Bizon Azərbaycan Kubokunun qalibi bəlli olacaq. 

Fanat.Az xəbər verir ki, final oyununda "Sabah" "Zirə" ilə üz-üzə gələcək.

"Palms Sports Arena"da keçiriləcək həlledici qarşılaşma avrokubok təmsilçilərinin böyük ölçüdə müəyyənləşməsi baxımından prinsipialdır. 

Bakı komandaları arasında final görüşünü FİFA referisi Elçin Məsiyev idarə edəcək.

Qeyd edək ki, kubokun yarımfinalında "Sabah" "Qarabağ"ı, "Zirə" isə "Turan Tovuz"u mübarizədən kənarlaşdırıb.

Bizon Azərbaycan Kuboku Final 13 may

20:00. "Sabah" – "Zirə" Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev. Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə. VAR: Tural Qurbanov, Rəhman İmami. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Anar Şıxəliyev. Bakı. "Palms Sports Arena".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər