Azərbaycan Kubokunun püşkü atılacaq

Azərbaycan Kubokunun püşkü atılacaq

Futzal üzrə Azərbaycan Kubokunun 2023-2024-cü il mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, mərasim yanvarın 17-də, saat 12.00-da başlayacaq püşkatma Bakı İdman Sarayında keçiriləcək. 

Qeyd edək ki, 1/8 final mərhələsində 16 komanda - “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Record club”, “Yasamal Bakı”, U-19, “Bakı”, “Baku Fire-2”, PFL, “Xan-Lənkəran”, “STAR kargo”, “Dalğa”, “Timsport”, “Trabzon Azərbaycan”, “Dəstə Ordubad”, “Metropoliten” iştirak edəcək. 

1/8 final mərhələsinin oyunları fevralın 10-da və 11-də keçiriləcək. Hər iki mərhələ bir görüşdən ibarət olacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər