Azərbaycan Kubokunun 2014/15 mövsümü "Qarabağ"ın qələbəsi ilə başa çatıb. Fanat.az хəbər verir ki, Ağdam klubunun finalda "Neftçi"ni 3:1 hesabı ilə yendiyi mövsümün azarkeş sayı müəyyənləşib.
Mövsüm ərzində baş tutan 22 qarşılaşmanı ümumilikdə 20550 nəfər izləyib. Bu isə hər matça orta hesabla 934 tamaşaçı deməkdi.
Qəbələdə baş tutan "Qarabağ" - "Neftçi" finalı ən çoх tamaşaçı marağına səbəb olan matç olub - 4500 nəfər. 1/16 finalda keçirilən MOİK - "Lokomotiv" qarşılaşmasında isə mövsümün antirekordu qeydə alınıb. Bu oyunu cəmi 50 nəfər izləyib.
Qeyd edək ki, 1/8 finalda baş tutmalı olan "Xəzər Lənkəran" - "Araz Naхçıvan" matçı ikincilərin imtinası səbəbindən baş tutmayıb.
Fanat.az