Azərbaycan Kubokunda 1/4 final: tarixə səyahət

Azərbaycan Kubokunda 1/4 final: tarixə səyahət
Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək. Martın 2-də kubok uğrunda mübarizəni davam etdirən komandalar ilk 1/4 final oyunlarına çıxacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələcək cütlərin kubok yarışlarındakı əvvəlki duellərinin balansını təqdim edir.
 
Azərbaycan kuboku
1/4 final
İlk oyunlar
2 mart
Rəvan - İnter
İndiyədək qarşılaşmayıblar
Qarabağ - Sumqayıt  1 oyun, +1=0-0, top fərqi 3:0
Rəqiblərin yeganə kubok dueli 5 il əvvələ təsadüf edib. 1 oyundan ibarət 1/8 final matçında böyükhesablı qələbə qazanan “Qarabağ” mərhələ adlayıb.

2011/12

1/8 final

Qarabağ (Ağdam) - Sumqayıt Şəhər

3:0

Xəzər Lənkəran - Neftçi  3 oyun, +1=2-0, top fərqi 5:4
Prinsipial rəqiblərin kubokdakı yolları iki dəfə kəsişib. 2010/11 mövsümündə baş tutan ən məhsuldar oyunda “Xəzər Lənkəran” səfər qələbəsi qazanıb - 4:3. Digər iki matçda qalib müəyyənləşməsə də, 120 dəqiqəsi heç-heçə başa çatan 3 il əvvəlki duel penaltilər seriyasınadək davam edib. “Neftçi” kubok oyunlarında məğlub edə bilmədiyi rəqibini yalnız finalın qalibinin müəyyənləşdiyi penaltilər seriyasında üstələyib.

2010/11

1/4 final

Neftçi (Bakı) - Xəzər Lənkəran

3:4, 1:1

2012/13

final

Neftçi (Bakı) - Xəzər Lənkəran

0:0, p.5:3

Zirə - Qəbələ 
İndiyədək qarşılaşmayıblar
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər