Azərbaycan Kuboku: "Turan Tovuz" "Zirə"yə, "Sabah" "Qarabağ"a qarşı

Azərbaycan Kuboku: "Turan Tovuz" "Zirə"yə, "Sabah" "Qarabağ"a qarşı

Bu gün Bizon Azərbaycan Kubokunda yarımfinal oyunları start götürəcək.

Fanat.Az xəbər verir ki, mərhələnin hər iki görüşü bu gün baş tutacaq.

Əvvəlcə “Turan Tovuz” - “Zirə” görüşü keçiriləcək. Qərb təmsilçisi rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda  qəbul edəcək. Oyunu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

İkinci cütdə isə kubokun son finalçıları üz-üzə gələcəklər. Titul sahibi “Sabah” Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın qonağı olacaq. Prinsipial qarşılaşma Rauf Cabarova həvalə olunub.

Qeyd edək ki, tərəflər arasında cavab görüşləri 21-22 aprel tarixlərində keçiriləcək.

Bizon Azərbaycan Kuboku Yarımfinal, ilk oyunlar 3 aprel

17:30. “Turan Tovuz” – “Zirə” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev. VAR: Cavid Cəlilov, Kamran Bayramov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Elçin Mehdiyev. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

20:00. “Qarabağ” – “Sabah” Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov. VAR: Kamal Umudlu, Vüsal Məmmədov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Erkin Hüseynov. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər