Azərbaycan Kuboku: 2016/17 mövsümünün TƏQVİMİ

Azərbaycan Kuboku: 2016/17 mövsümünün TƏQVİMİ

Azərbaycan Kubokunda 2016/17 mövsümünün təqvimi açıqlanıb. Fanat.Az xəbər verir ki, turnirdə mübarizə 12 oktyabrda başlayacaq.

Həmin gün 1/16 finalın oyunları baş tutacaq. Noyabrın 30-da 1/8 final keçiriləcək. Hər iki mərhələdə qaliblər bir oyunda müəyyənləşəcək.

Ötən mövsümlərdən fərqli olaraq, 1/4 finalın oyunları növbəti ilə qalmayacaq. Belə ki, həmişə 1/16 və 1/8 finalın oyunları mövsümün ilk yarısında, 1/4, 1/2 və final oyunları ikinci yarıda baş tuturdu. Bu dəfə isə 1/4 finalın ilk oyunları dekabrın 11-12-də, cavab matçları 17-18-də baş tutacaq.

2017-ci ildə kubok mübarizəsi martın 1-də başlayacaq. Həmin gün yarımfinalın ilk matçları keçiriləcək. Mərhələnin cavab oyunları ayın 15-də baş tutacaq.

Kublok mübarizəsi mayın 5-də baş tutacaq final matçı ilə yekunlaşacaq.

12 oktyabr

Ölkə kuboku, 1/16 final

30 noyabr

Ölkə kuboku, 1/8 final

11-12 dekabr

Ölkə kuboku, 1/4 final (ilk oyunlar)

17-18 dekabr

Ölkə kuboku, 1/4 final (cavab oyunları)

1 mart

Ölkə kuboku, 1/2 final (ilk oyunlar)

15 mart

Ölkə kuboku, 1/2 final (cavab oyunları)

5 may

Ölkə kubok, Final

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər