Azərbaycan Kuboku: 1/16 və 1/8 finalın püşkü atıldı

Azərbaycan Kuboku: 1/16 və 1/8 finalın püşkü atıldı

Bu gün Azərbaycan Kubokunun 2015/16 mövsümünün püşkü atılıb. Fanat.az xəbər verir ki, AFFA-nın inzibati binasında reallaşan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, eləcə də jurnalistlər iştirak edib.

19 komandanın mübarizə aparacağı turnirdə 1/16 final mərhələsinin və 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib.

Qeyd edək ki, 1/16 və 1/8 final mərhələsinin qalibi 1 oyunda müəyyənləşəcək. 1/4 finaldan etibarən qalib ev-səfər prinsipinə əsasən bəlli olacaq. 

14 oktyabr

1/16 final mərhələsi

MOİK - “Turan Tovuz”

“Şahdağ” - “Şəmkir”

“Şərurspor” - “Qaradağ Lökbatan”

2 dekabr

1/8 final mərhələsi

MOİK//“Turan Tovuz” cütünün qalibi - “İnter”

“Rəvan” -“Bakı”

“Qarabağ” - “Şahdağ”//"Şəmkir" cütünün qalibi

“Neftçala” - “Sumqayıt”

“Neftçi” // “Şərurspor”//“Qaradağ Lökbatan” cütünün qalibi

“Xəzər Lənkəran” - “Kəpəz”

“Qəbələ” - “Mil-Muğan”

AZAL - "Zirə"

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər