Azərbaycan Koreyada daha bir "qızıl" qazandı - FOTO

Azərbaycan Koreyada daha bir "qızıl" qazandı - FOTO
Azərbaycan atleti Hayle İbrahimov Koreya Respublikasının Kvancu şəhərində keçirilən tələbələrin 28-ci Yay Universiadasında qızıl medal qazanıb. Fanat.az xəbər verir ki, o, kişilərin 5000 metr məsafəyə qaçış yarışında 13:44.28 dəqiqə göstərici ilə birinci olub.
Kvancu şəhər stadionunda idmançılar yağışlı hava şəraitində mübarizə aparmalı olublar. Bu da onların potensialını tam nümayiş etdirməyə imkan verməyib. Atletimiz Hayle İbrahimov iyulun 10-da yarışın kvalifikasiya mərhələsində də 13:51.40 dəqiqə göstərici ilə birinci olmuşdu. 
Qeyd etmək lazımdı ki, bu, idmançımızın universiadalarda qazandığı ikinci qızıl medaldı. Hayle İbrahimov 2013-cü il Kazan universiadasında məhz iyulun 12-də 13:35.89 dəqiqə göstərici ilə qalib olmuşdu. Bu, həm də universiada rekordudu.
Beləliklə, Azərbaycan komandası tələbələrin 28-ci Yay Universiadasını 2 qızıl və 1 bürünc medalla bitirib. 
Xatırladaq ki, digər atletimiz Hanna Skidan qadınlar arasında çəkicatma yarışlarında qalib olmuşdu. Cüdoçümüz Hüseyn Rəhimli (73 kq) isə bürünc medal qazanmışdı.
Azərbaycan Koreyada daha bir "qızıl" qazandı - FOTO
Azərbaycan Koreyada daha bir "qızıl" qazandı - FOTO
Azərbaycan Koreyada daha bir "qızıl" qazandı - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər