Azərbaycan komandası Türkiyədə reqataya qatılacaq

Azərbaycan komandası Türkiyədə reqataya qatılacaq

Azərbaycanın yelkən komandası iyunun 4-dən 6-dək Türkiyənin Urla şəhərində "Pro Sailing Optimist Cup" beynəlxalq reqatasında mübarizə aparacaq.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Su İdman Növləri Federasiyası yayıb.

Komanda yarışda 5 idmançı ilə təmsil olunacaq. Furkan Mustafayev, Kamal Bəşirli, Səma Mansurzadə, Amira Bayramova və Kamilla Həsənova reqatada mükafatçılar sırasında yer almağa çalışacaqlar.

Komandanın rəhbəri Burcu Alqon Corciani, məşqçisi isə Panayotis Papadakis olacaq.

Qeyd edək ki, yelkənçilər mayın 30-dan etibarən Urla şəhərində yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışına başlayacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər