El Salvador yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, Peru və Ermənistanla yoxlama oyunu keçirəcək komandanın heyətində Azərbaycanda oynayan futbolçu da yer alıb.
Belə ki, baş məşqçi Ramon Maradiaqan "Zirə"nin hücumçusu Nelson Bonillaya dəvət göndərib. O, "Zirə"nin Topaz Premyer Liqasındakı son oyunundan sonra millinin düşərgəsinə yollanacaq. Çempionatın debütantı son matçını mayın 21-də "İnter"ə keçirəcək.
Qeyd edək ki, El Salvador mayın 28-də Peru, iyunun 1-də isə Ermənistanla qarşılaşacaq. Bonilla indiyədək yığmada 25 oyun keçirib və 8 qol vurub.
Fanat.az