Azərbaycan klubunda baş məşqçi dəyişikliyi

Azərbaycan klubunda baş məşqçi dəyişikliyi
Mövsümün əvvəlində daha yüksək pillələrdə qərarlaşmağı hədəfləyn “Şəmkir”in bu məqsəddən uzaq düşməsi məşqçi dəyişikliyinə səbəb ola bilər. İkinci dövrədə ardıcıl xal ikisi ilə üzləşən və ilk üçlükdən kənarda qalan bölgə təmsilçisi Kamran Əlibabayevlə yollarını ayırmağa hazırlaşır. 
Cəzalı olduğu halda XXV turda MOİK-lə matçda hakimləri təhqir edən və komandasını meydandan çıxararaq matçın 10 dəqiqə dayanmasına səbəb olan və nəticədə 12 ay futbol fəaliyətinə qadağa qoyulan Əlibabayevi əvəz edəcək çalışdırıcıdı da bəllidi. 
Fanat.az-ın əldə etdiyi məlumata görə, ötən mövsüm komandada işləmiş, millimizin keçmiş üzvü Ruslan Abbasov yenidən “Şəmkir”in başında olacaq. 
Qeyd edək ki, “Turan”, “Neftçi”, “İnter” kimi komandalarda çıxış etmiş Abbasov Şəmkirdə çalışdığı müddətdə yerli azarkeşlərin sevimlisinə çevrilməyi bacarmışdı. Növbəti mövsümə daha iddialı komanda qurmağı hədəfləyən qərb təmsilçisinin yaxın günlərdə bu təyinatı açıqlayacağı gözlənilir.
Azərbaycan klubunda baş məşqçi dəyişikliyi
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər