Azərbaycan klubu "Braqa" uduzdu

Azərbaycan klubu "Braqa" uduzdu
Bu gün İtaliyanın Kataniya şəhərində təşkil olunan çimərlik futbolu üzrə "Euro Winners Cup" turnirinə yekun vurulacaq. Fanat.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Amrahbank" klubu 5-8-ci yerlər uğrunda görüşdə Portuqaliyanın "Braqa" komandası ilə qarşılaşıb.
Görüş təmsilçimizin 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Asif Zeynalovun dubl etdiyi oyunda digər qolu Əbdül Əliyev vurub. Azərbaycan klubu turnirdəki son matçını 7-ci yer uğrunda Polşa "Lodz"una qarşı keçirəcək.
Qeyd edək ki, "Amrahbank" qrup mərhələsində Rusiya "Lokomotiv"inə uduzsa da (0:5), Fransa "Monpelye"si (6:5) və Rumıniya "Konstanta"sına (10:8) qalib gəlmişdi. Pley-offda İspaniyanın "Bala Azul" klubunu darmadağın edən (9:5) təmsilçimiz 1/4 finalda İtaliya "Kataniya"sına uduzmuşdu - 2:3.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər