Azərbaycan klubu makedoniyalılara "toy tutdu" - 19 qol

Azərbaycan klubu makedoniyalılara "toy tutdu" - 19 qol
Bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsinin II qrupunda son oyunlar keçrilib. Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Araz” Makedoniyada keçirilən qrup mərhələsindəki son matçında meydan sahibləri ilə görüşüb.
 
Naxçıvan təmsilçisi bu ölkənin çempionu “Zalezareç”lə qarşılaşıb. Son turun görüşlərindən asılı olmayaraq, I yeri təmin edən komandamız elit-raunda 100 faizli nəticə ilə yollanmaq iddiasında idi və bu istəyini reallaşdırıb. Belə ki, təmsilçimiz yerli klubu 15:4 hesabı ilə yenib.
 
Qeyd edək ki, turun digər oyununda elit-raunda 2-ci vəsiqənin sahibi bəlli olub. Kosovanun ən yaxşısı “Feniks” Gürcüstan çempionu TDU-nu sınağa çəkib. Kosovalılar 7:3 hesablı qələbə qazanaraq 2-ci pilləni tutublar.
 
UEFA Kuboku
Əsas mərhələ
III qrup, III tur
14 oktyabr
Araz  - Zalezareç 15:4
Qollar: Bolinya, 2; 6; 14; 16; 18; 36. İsa Atayev, 11; 26; 39. Ramiz Çovdarov, 19; 20. Vassoura, 23; 35. Xətai Bağırov, 30; 38 - İqor Nikolovski, 5. Kristian Stoymenov, 28. Filip Lekik, 32. Kirse Krstevski, 34.
Hakimlər: Vasilios Çristodulis (Yunanıstan), Borislav Kolev (Bolqarıstan), Moşe Bohbot (İsrail).
Skopye. Boris Traxkovski İdman Mərkəzi.

1

 Araz

3

3

0

0

23-5

9

2

 Feniks

3

2

0

1

12-4

6

3

 TDU

3

1

0

2

14-14

3

4

 Zalezareç

3

0

0

3

4-30

0

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər