Azərbaycan klubu həvəskar futbolçunu peşəkarlaşdırdı

Azərbaycan klubu həvəskar futbolçunu peşəkarlaşdırdı

2016/17 mövsümünə hazırlaşan "Ağsu" heyətinə yeni futbolçu qatıb. Fanat.az xəbər verir ki, I divizion klubu Elmir Səmədzadə ilə müqavilə imzalayıb.

"Ağsu" Elmirin ilk peşəkar klubu olub. Belə ki, futbolçu indiyədək heç bir peşəkar klubda çıxış etməyib. O, Elnur Səmədov və Heyər Qarayevdən sonra komandada çıxışq edəcək üçüncü ağsulu futbolçu olacaq.

Qeyd edək ki, "Ağsu" indiyədək Ülvi Quliyev, Samir Musayev, İsa Cəbiyev, Davud Kərimi, Bəxtiyar Mehralıyev, Bəhram Bəhramzadə, İlkin Allahverdiyev və Vasif Rzayevlə yollarını ayırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər