Azərbaycan klubu avrokubokdan kənarlaşdırıldı

Azərbaycan klubu avrokubokdan kənarlaşdırıldı

Qadın həndbolçular arasında “Çelenc Cup” turnirındə 1/8 final mərhələsinin cavab oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, ilk görüşdə 23:33 hesabı ilə uduzan Bakının ABU klubu ikinci qarşılaşmada da məğlubiyyətə üzülüb.

 

Polşanın “Kram Start Elblag” komandası Rəfiqə Şabanovanın yetirmələrinə bu dəfə 32:24 hesabı ilə qalib gəlib. Bununla,  ABU avrokuboklarla vidalaşıb.

 

Qeyd edək ki, Bakı təmsilçisi hər 2 matçı səfərdə oynayıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər