Azərbaycan klubu 1/4 finalda

Azərbaycan klubu 1/4 finalda

İtaliyanın Kataniya şəhərində təşkil olunan çimərlik futbolu üzrə "Euro Winners Cup" turniri davam edir. Fanat.az xəbər verir ki, bu gün turnirdə "pley-off" mərhələsinin oyunları keçirilib. 

Azərbaycan çempionu "Amrahbank" bu mərhələdə İspaniyanın "Bala Azul" klubu ilə qarşılaşıb. Təmsilçimiz bu dəfə 9:5 hesabı ilə qalib gəlib. Nəticədə, Azərbaycan klubu 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı klubu qrup mərhələsindəki ilk oyununda Rusiya "Lokomotiv"inə 0:5 hesabıyla uduzsa da, ardından Fransa "Monpelye"sinə (6:5) və Rumıniya "Konstanta"sına qalib gələrək (10:8), pley-offa yüksəlmişdi.

Amrahbank - Bala Azul 9:5

Qollar: Sabir Allahquliyev, 6; 36. Ramil Əliyev, 8. Hikmət Bağırov, 9. Əbdül Əliyev, 22; 27; 35. Asif Zeynalov, 25. Renat Sultanov, 28.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər