Azərbaycan klublarından "Başakşəhər"ə dəstək

Azərbaycan klublarından "Başakşəhər"ə dəstək
"Qarabağ", "Neftçi", "Qəbələ" və "Zirə" klubları UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə oyunda "Başakşəhər"in irqçiliyə məruz qalmış məşqçisi Pyer Veboya dəstək olub.
Fanat.Az-ın məlumatına görə, Ağdam təmsilçisi bununla bağlı feysbuk səhifəsində Kevin Medina və Donald Geryenin birgə fotosunu paylaşıb. Fotonun üzərində "Gülüşünüzdən başqa rəng yoxdur" sözləri yazılıb.
Digər 3 klub isə "Facebook" hesabından "İrqçiliyə yox" şüarını paylaşıb.
Qeyd edək ki, PSJ - "Başakşehir" oyunu 4-cü hakim Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədən yarımçıq dayandırılıb. Matçın qaldığı yerdən davam etdiriləcəyi gözlənilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər