Azərbaycan klubları üçün "Nike" topları

Azərbaycan klubları üçün "Nike" topları

Azərbaycan Premyer Liqasında və I Divizionunda çıxış edən klubların istifadəsi üçün Peşəkar Futbol Liqasına 300 ədəd top verilib.

Fanat.Az xəbər verir ki, toplar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən “Nike” şirkətindən alınıb.    Xatırladaq ki, AFFA və "Nike" arasında mövcud əməkdaşlıq çərçivəsində cari mövsümün startından öncə və daha əvvəlki iki mövsümdə klublara məhz bu şirkətin topları təqdim olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər