Azərbaycan kikboksçusu dünya çempionatının finalında

Azərbaycan kikboksçusu dünya çempionatının finalında

Macarıstanın paytaxtı Budapeştdə kikboksinq üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) keçirdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparır.

Təmsilçimiz Kənan Cəfərli mundialda ardıcıl üçüncü qələbəsini qazanıb. 63,5 kq çəkidə çıxış edən idmançımız bolqarıstanlı Kristian Georgiyevə qalib gəlib. Cəfərli bu qələbə ilə finala yüksəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər