Azərbaycan yığmasının Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində Kanada ilə keçiriləcəyi yoxlama matçın hakimləri açıqlanıb. Fanat.az xəbər verir ki, matçı isveçrəli hakimlər briqadası idarə edəcək.
İyunun 3-də baş tutacaq matçın baş hakimi Saşa Amhof olacaq. Ona Stefan de Almeyda və Vital Yobin kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını Adrien Jaccottet yerinə yetirəcək.
Fanat.az