Milli komandamız bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Robert Prosineçkinin başçılıq etdiyi komandamız İtaliyanı qəbul edəcək.
Fanat.az хəbər verir ki, stadiona gedə bilməyən azarkeşlər üçün "İctimai Televiziya" oyunu canlı yayımlayacaq. Qarşılaşmanı həmçinin Rusiya və Türkiyə telekanallarından da izləmək olar. Belə ki, oyunu Rusiyanın "Sport 1" və Türkiyənin "7/24 HTSpor" kanalları efirə verəcək.
İtaliyada azarkeşlər oyunu "RAI 1" və "RAI HD" kanallarından izləyə biləcək.
Azərbaycan - İtaliya oyunu dünya mediasının da diqqətində olacaq. Belə ki, Macarıstanın "Sport 1", Yunanıstanın "OTE Sport 2", Portuqaliyanın "Sport TV1", Fransanın "Canal+Sport", Danimarkanın "Canal 9", Çeхiyanın "Sport 2" (bu kanal Slovakiyada da yayımlanır), Albaniyanın "SuperSport 3 HD", İsrailin "5 PLUS", Ukrayna "Sky Sports 5", Birləşmiş Ərəb Əmirliklərinin "Abu Dhabi Sports" (4 HD və 5 HD kanalları), Bolqarıstanın "Diema Sport", həmçinin "MultiFutbol 2" kanalları yayımlayacaq.
Fanat.az