Azərbaycan - İtaliya: hakimlər müəyyənləşdi

Azərbaycan - İtaliya: hakimlər müəyyənləşdi

Oktyabrın 10-da "Avro-2016"nın seçmə mərhələsində keçiriləcək Azərbaycan - İtaliya matçının hakimləri müəyyənləşib.

Qol.Az-ın "footballrefereeing.blogspot.de"yə istinadən verdiyi məlumata görə, Bakı Olimpiya stadionunda keçiriləcək görüş şotlandiyalı hakimə tapşırılıb.

Matçın baş hakimi Uilyam Kollam olacaq. Ona irlandiyalı Damien Makqreys və fransalı Franksis Konnor köməklik edəcək. Dördüncü hakim funksiyasını isə şotlandiyalı Alastair Mazer yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - İtaliya oyunu saat 21:00-da başlayacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər