Binə Atçılıq Mərkəzində Polo üzrə Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gün 4-cü tura start veriləcək.
Yarışın bu mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyil, açıq havada, yaşıl örtüklü meydanda keçiriləcək. Əvvəlcə meydana Azərbaycan və İsveçrə komandaları çıxacaqlar. Görüş Saat 17.00-da başlayacaq.
Saat 18.00-da isə İtaliya Almaniya poloçuları ilə üz üzə gələcək. 4-cü turda keçiriləcək son oyun saat 19.15-ə təsadüf edəcək. Meydana İrlandiya və İspaniya komandaları çıxacaqlar.
Qeyd edək ki, 3 turdan sonra Azərbaycan yığma komandası yüz faizlik nəticə ilə turnir cədvəlinə liderlik edir. İkinci pillədə İspaniya, üçüncü pillədə isə Almaniya komandaları qərarlaşıblar.
| KOMANDALAR | O | Q | M | T/F | X |
| Azərbaycan | 3 | 3 | 0 | +10 | 6 |
| İspaniya | 3 | 2 | 1 | +7 | 4 |
| Almaniya | 3 | 2 | 1 | +3.5 | 4 |
| İsveçrə | 3 | 1 | 2 | 0 | 2 |
| İrlandiya | 3 | 1 | 2 | -0.5 | 2 |
| İtaliya | 3 | 0 | 3 | -21 | 0 |
Fanat.az