Futzal üzrə dünya çempionatının təqvimi açıqlanıb. Fanat.az xəbər verir ki, tarixində ilk dəfə mundiala vəsiqə qazanan Azərbaycan yığmasının F qrupundakı oyunlarının da vaxtı müəyyənləşib.
Kolumbiyadakı yarışa sentyabrın 12-də başlayacaq komandamız saat 18.00-da (Bakı vaxtı ilə sentyabrın 13-də saat 03.00-da) Mərakeşlə üz-üzə gələcək.
3 gün sonra eyni vaxtda komandamız İspaniya ilə qarşılaşacaq. Sentyabrın 18-də yığmamız saat 18.00-da (Bakı vaxtı ilə sentyabrın 19-da saat 03.00-da) İranla görüşəcək.
Millimiz qrupdakı hər 3 matçını Medelyin şəhərindəki “Kolizeo Kubierto Mayor” arenasında baş tutacaq.
Fanat.az