Azərbaycan İrana rəqib oldu

Azərbaycan İrana rəqib oldu

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edən 1999-cu il futbolçulardan ibarət millimizin növbəti rəqibi bəlli olub. 

Fanat.Az xəbər verir ki, C qrupunda 3 oyundan sonra 1 xalla sonuncu sırada qərarlaşmış komandamız İran yığması ilə qarşılaşacaq.

 

Cənub qonşularımız son matçda Moldovalı həmyaşıdlarına 5:0 hesabı ilə qalib gələrək qrupda 3-cü yeri tutub və 9-16-cı yerlər uğrunda mübarizədə millimizə rəqib olub.

 

Görüş yanvarın 15-də saat 15:15-də start götürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər