Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun Ukraynanın paytaxtı Kiyevdəki Avropa çempionatında iştirakı baş tutmayıb.
Azərbaycan Badminton Federasiyasının Mətbuat xidmətindən verilən məlumata görə, səbəb koronavirusa görə yarışın qeyri-müəyyən vaxta təxirə salınmasıdır.
Avropa çempionatı 12 - 26 aprelə nəzərdə tutulmuşdu. Turnirin bu il ərzində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Beynəlxalq Badminton Federasiyası Danimarkadakı dünya çempionatını və bir neçə turniri təxirə salıb.