Azərbaycan idmançısı 16-cı oldu

Azərbaycan idmançısı 16-cı oldu

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında sinxron üzgüçülərin fərdi yarışlarına start verilib. Fanat.az xəbər verir ki, Bakı Su İdmanı Mərkəzinin hovuzunda 21 idmançı təsnifat mərhələsində qüvvəsini sınayıb.

 

Bu yarışda Azərbaycanı Yekaterina Valiulina təmsil edib. Dünən duetlərin yarışında 18-ci olan idmançımız yenidən bacarığını nümayiş etdirib.

 

Beş idmançının ardından mübarizəyə qoşulan Valiulinanın çıxışı hakimlər tərəfindən 72,3000 xalla qiymətləndirilib. O, təsnifat mərhələsini 16-cı yerdə başa vurub. Bununla da təmsilçimiz final mərhələsinə yüksələ bilməyib.

 

Təsnifat mərhələsində rusiyalı Anisiya Neborako qalib gəlib – 89,1333, İspaniyalı Betta Ferreras-Sans (86,6333) 2-ci, ukraynalı Yelizaveta Yaxno (86,1667) 3-cü olub.

 

Qeyd edək ki, final mərhələsi iyunun 16-da keçiriləcək. Mükafatçılar saat 16:00-da başlayacaq mübarizədən sonra müəyyənləşəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər