Azərbaycan idmançıları daha 2 növdə uğur axtarışında

Azərbaycan idmançıları daha 2 növdə uğur axtarışında

Bu gün Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında iki növdə mübarizə aparacaqlar.

Fanat.Az xəbər verir ki, uşu-sandada Elçin Eminov (60 kq) yarımfinal döyüşünə çıxacaq.

Taekvondoçulardan isə Qaşım Maqomedov (60 kq), Taleh Süleymanov (82 kq), Səmərrux Osmanova (51 kq) medal qazanmağa çalışacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 40 mükafatla (5 qızıl, 14 gümüş, 21 bürünc) medal sıralamasında 8-ci yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər