Azərbaycan Hollandiyaya rəqib oldu

Azərbaycan Hollandiyaya rəqib oldu

Bu gün Serbiyanın paytaxtı Belqradda dünya çempionatının pley-off oyunlarında üz-üzə gələcək komandalar üçün püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, 14 komanda arasında Azərbaycan yığması da vardı.

Azərbaycan pley-offdakı rəqibinə qalib gələcəyi halda tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak etmək hüququ qazanacaq. Yığmamızdan başqa Ukrayna, Macarıstan, Belarus, Rusiya, Serbiya, İspaniya, Hollandiya, Qazaxıstan, Sloveniya, Portuqaliya, Polşa, İtaliya və Slovakiya da pley-offdakı rəqibini gözləyirdi.

Püşkatma zamanı əsas mərhələdə qrup qalibi olan komandalar ikinci yeri tutan komandalarla qarşılaşacaqdılar. Həmin vaxt eyni qrupda yer almış kollektivlər bu dəfə bir-birinə rəqib ola bilməyəcəkdilər.

Püşk nəticəsində Azərbaycan Niderland ilə düşüb.

Pley-off mərhələsinin oyunlarının martın 22-də və aprelin 12-də keçirilməsi nəzərdə tutulub. 7 qalib komanda bu il sentyabrın 14-də Kolumbiyada start götürəcək dünya çempionatında Avropanı təmsil etmək hüququ qazanacaq.

Play-off cütlükləri

Sloveniya – İspaniya

Slovakiya – Ukrayna

Polşa – Qazaxıstan

Serbiya - Portuqaliya

Belarus – Rusiya

Hollandiya – Azərbaycan

Macarıstan – İtaliya

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər