Azərbaycan - Hollandiya matçının hakimləri açıqlandı

Azərbaycan - Hollandiya matçının hakimləri açıqlandı

Futzal üzrə dünya çempionatının "pley-off" mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Fanat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının Hollandiya ilə keçirəcəyi qarşılaşmaya Avstriya, Ukrayna və İsraildən olan hakimlər təyinat alıb.

 

Aprelin 12-də Bakı İdman Sarayında keçiriləcək və saat 20.00-da başlayacaq görüşün baş hakimi avstriyalı Gerald Bauernfeynd olacaq. Ona ukraynalı Oleq İvanov kömək edəcək. Qarşılaşmanın üçüncü hakimi isə israilli Moşe Bohbot olacaq.

 

Qeyd edək ki, bu komandalar arasında Hollandiyada keçirilən ilk oyunda millimiz 5:1 hesablı qələbə qazanmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər