Azərbaycan güllə atıcıları AÇ-də bürünc medal qazanıblar

Azərbaycan güllə atıcıları AÇ-də bürünc medal qazanıblar

Azərbaycan güllə atıcıları Leyli Əliyeva və Vladislav Kalmıkov Macarıstanın Dyör şəhərində keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanıblar.

Fanat.Az xəbər verir ki, onlar 10 metr məsafəyə qarışıq komanda yarışlarında fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Avropa çempionatına martın 3-də yekun vurulacaq.

Qətərin paytaxtı Dohada təşkil olunan stend atıcılığı üzrə Əmir qran-prisində isə gənc idmançı Aylin Quliyeva səngər stendi üzrə qızlar arasında yarışda gümüş mükafata yiyələnib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər