Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatının son günündə 3 medal qazanıb.

Fanat.Az xəbər verir ki, İsmayıl Rzayev (82 kq) finalda türkiyəli Alperen Berberə məğlub olaraq gümüş medalla kifayətlənib.

Tural Əhmədov (60 kq) və Ruslan Nurullayev isə üçüncü yer uğrunda görüşlərdə rəqiblərinə qalib gəlməklə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, daha əvvəl Məhəmməd Şükürzadə (63 kq) bürünc medal qazanmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər