Azərbaycan gimnastlarından "gümüş"

Azərbaycan gimnastlarından "gümüş"

Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada iştirak edən Azərbaycan gimnastları gümüş medal qazanıblar.

Fanat.Az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, aerobika gimnastikası üzrə yarışda iştirak edən qrup komandamız (Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova və Evelina Kozlovskaya) fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, ötən gün fərdi proqramda çıxış edən Məryəm Topçubaşova bürünc medala yiyələnmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər