Azərbaycan gimnastları Portuqaliyada qızıl medal qazandı

Azərbaycan gimnastları Portuqaliyada qızıl medal qazandı

Azərbaycanın akrobatika gimnastikası üzrə yığmasının üzvləri Portuqaliyanın Maya şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıblar.

Fanat.Az xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlük qarışıq hərəkətlər proqramında birinci yerə layiq görülüb.

Qeyd edək ki, idmançılar ötən il eyni yarışda bürünc medala sahib çıxıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər