Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə keçirilən “Scalabis Cup” beynəlxalq yarışında 11 medal qazanıblar. Fanat.Az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Əliyev, Bilal Qurbanov, Adil Hacızadə, Aleksey Karataşov tamblinq, Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova, Samirə Hüseynova, Nicat Mirzəyev, İbrahim Mustafazadə, Fərhad Mustafayev batut gimnastikası üzrə bacarıqlarını nümayiş etdiriblər. Batut gimnastikasının təmsilçiləri olan Ömər Qasımlı, Fərhad Vəliyev və Hüseyn Abbasov həm də ikili mini-batut üzərində güclərini sınayıblar. Tamblinqçilər yarışı 3 qızıl və 1 gümüş medalla başa vurublar. Adil Hacızadə (29.500) və Aleksey Karataşov (97.000) qızıl medal qazanıblar. Tofiq Əliyev (29.100) isə gümüş medalla kifayətlənib. Həmçinin T.Əliyev, A.Hacızadə və B.Qurbanov komanda hesabında qalib gələrək ölkəmizə daha bir qızıl medal qazandırmağa müvəffəq olublar. Batut yarışlarında da millimizin üzvləri gözləntiləri doğruldublar. Belə ki, Hüseyn Abbasov (53.700), Ammar Baxşalıyev (51.230), Ömər Qasımlı (47.120) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Əli Niftəliyevin (53.090) gümüş medala yiyələnib. Nicat Mirzəyev isə topladığı 52.690 xalla bürünc medalın sahibi olub. Həmçinin İbrahim Mustafazadə, Əli Niftəliyev və Fərhad Vəliyev komanda hesabında 3-cü yeri tutublar. Beləliklə, batut yarışlarında təmsilçilərimiz 3-ü qızıl, 1-i gümüş və 2-si bürünc olmaqla, ümumilikdə 6 medal əldə ediblər. İkili mini-batut üzrə çıxışlarda da millimiz uğur qazanıb. Hüseyn Abbasov final çıxışını 25.200 xalla başa vuraraq Azərbaycana daha bir qızıl medal qazandırıb. Qeyd edək ki, “Scalabis Cup” iyulun 11-dən 13-nə qədər keçirilib.
Azərbaycan gimnastları Portuqaliyada 11 medal qazandılar
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Yüngül atletika
17:04
11.10.2026
3-cü Beynəlxalq Xankəndi Ultramarafonunun qalibləri mükafatlandırıldı
Yüngül atletika
16:49
09.10.2026
3-cü Xankəndi Ultramarafonunda ikinci mərhələ başa çatdı
Yüngül atletika
17:51
11.07.2026
Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında qızıl medal qazandı
Yüngül atletika
16:35
08.06.2026
Azərbaycan gimnastları "AGF Trophy" və dünya kubokunda 3 "qızıl" qazandılar