Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycanın idman gimnastları Türkiyənin Mersin şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.

Fanat.Az xəbər verir ki, yarışa qatılacaq 4 idmançı qardaş ölkəyə yollanıb.

Kişilər arasında Mənsum Səfərovla Nikita Simonov, qadınların yarışında isə Nazənin Teymurova və Samirə Qəhrəmanova qüvvələrini sınayacaqlar.

Dünya Kuboku 1-3 sentyabr tarixlərində təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər