Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

Bu gün Bolqarıstanın Burqas şəhərində bədii gimnastika üzrə Avropa kuboku start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk gündə fərdi yarışlar keçiriləcək.

Böyüklər çoxnövçülük üzrə təsnifat çərçivəsində halqa və topla çıxış edəcəklər. Fərdi yarışda Azərbaycanı Gövhər İbrahimova və Zöhrə Cəfərova təmsil edəcəklər.

Avropa kubokunda ümumilikdə 12 ölkədən 118 gimnast mübarizə aparacaq.

Burqasda Avropa kuboku seriyasının ikinci turniri keçirilir, birincisi isə ayın əvvəlində Bakıda baş tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər