Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası seçildi

Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası seçildi
Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin yekunlarına əsasən, Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən ilin ən yaxşı federasiyası seçilib. 
AGF-dən Fanat.Az-a verilən məlumata görə, federasiya ardıcıl ikinci dəfə il ən yaxşısı adına layiq görülüb. 
Qeyd edək ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq, 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017-ci ildə isə ilk pillədə qərarlaşıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər