Azərbaycan gimnastı Fransada Dünya Kubokunun qalibi oldu

Azərbaycan gimnastı Fransada Dünya Kubokunun qalibi oldu

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Dünya Kuboku seriyasının qalibi olub.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti yayıb. 

Fransanın Antibes şəhərində keçirilən mövsümün son Dünya Kubokunda Tofiq Əliyev 29.200 xalla qızıl, Adil Hacızadə 26.800 xalla bürünc medala sahib çıxıb.

Həmçinin Tofiq Əliyev mövsüm ərzində qazandığı nəticələr və sonuncu yarışı ilk sırada başa vurduğu üçün Dünya Kuboku seriyasının qalibi olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər