Azərbaycan futbolunun növbəti biabırçı səhifəsi

Azərbaycan futbolunun növbəti biabırçı səhifəsi
21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, gənclər yığmamızın rəqibi Farer adaları olub.
"Dalğa Arena"da baş tutan matçda iki qol vurulub. 40-cı dəqiqədə Ari Mohr Olsen hesabı açıb. Millimiz bərabərlik qolunu çətinliklə - 88-ci dəqiqədə vurub. "Qarabağ"lı Mahir Mədətov rəqib qapısına yol tapıb. Bununla da Yaşar Vahabzadənin başçılıq etdiyi komanda dünyanın ən zəif komandalarından biri ilə evdə "sülh"ə razılaşıb - 1:1.
 
Qeyd edək ki, millimiz qrupdakı son oyununu gələn ayın 7-də səfərdə Finlandiyaya qarşı keçirəcək.
AVRO-2017
Seçmə mərhələ
7-ci qrup
6 sentyabr
Azərbaycan U-21 - Farer adaları U-21 1:1
Qollar: Mahir Mədətov, 88 - Ari Mohr Olsen, 40.
Azərbaycan: Şahrudin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Sadiq Quliyev, 6. Vüqar Mustafayev, 7. Taşkın lter, 9. Elnur Cəfərov, 10. Namiq Ələsgərov, 11. Mahir Mədətov, 16. Elvin Camalov, 17. Abbas Hüseynov, 20. Azər Salahlı (k).
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 4. Sertan Taşqın, 13. Tural Hümbətov, 15. Kamal Mirzəyev, 19. Orxan Əliyev, 21. Budaq Nəsirov, 23. Fəhmin Muradbəyli.
Baş məşqçi: Yaşar Vahabzadə.
Farer adaları: 1. Niklas Tomsen, 3. Ari Mohr Olsen, 4. Andreas Eriksen, 5. Hordur Askam, 6. Yonas Qeyel Hansen, 7. Yoannes Byartali Yakup, 9. Tomsen Teit, 11. Yakobsen Qestur, 13. Boqason Dam, 15. Yakup Olsen, 18. David Lanqqaard.
Ehtiyat oyunçular: 12. Karstin Hansen, 8. Patrik Yohannesen, 10. Hannes Aqnarsson, 14. Yakup Hansen, 16. Maqnus Egilsson, 17. Petur Knudsen.
Baş məşqçi: Bill Yakobsen.
Hakimlər: Dmitriu Muntean, Vitali Qorbatov, Vlad Lifsiu, Yuri Kovtun (Moldova).
UEFA nümayəndəsi: Yauheni Tratsiuk (Bolqarıstan).
Hakim-inspektor: Stanislav Sukhina (Rusiya).
Bakı. “Dalğa Arena”.

1.

Almaniya

7

7

0

0

26:4

21

2.

Avstriya

8

6

1

1

20:8

19

3.

Finlandiya

7

4

0

3

12:8

12

4.

Azərbaycan

9

2

2

5

8:19

8

5.

Rusiya

8

2

2

4

11:14

8

6.

Faror Adaları

9

0

1

8

3:27

1

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər