Oğuzda kəndlər arasında keçirilən çempionatın finalında "Qarabulaq" və "Yaqublu" komandaları üz-üzə gəlib. Birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə maraqlı anlar yaşanıb.
"Qarabulaq"ın qələbə topundan sonra azarkeşlər meydana daxil olub. Elə bununla da oyun başa çatıb. Təqdim etdiyimiz videoya baxdıqdan sonra təhlükəsizlik baxımından adam ağlına gələn fikir sadəcə, bundan ibarətdi: "Belə futbol yalnız Azərbaycanda ola bilər..."
Əslində, kənd sakinlərinin qola bu şəkildə sevinməsində qeyri-adi heç nə yoxdu. Amma vay o günə ki, oyunun hakimi tərəflərdən birinin əlehinə hansısa səhv qərar verərdi. İndi gəl həmin hakimi belə təhlükəsiz şəraitdə kənd camaatının əlindən al. (Sport7.az)
Fanat.az