Azərbaycan futbolunda belə şey olmamışdı...

Azərbaycan futbolunda belə şey olmamışdı...
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "İnter”i 4:0 hesabı ilə məğlub edən "Qarabağ” yeni rekorda imza atıb. 
Fanat.az apasport.az-a istinadən xəbər verir ki,  Ağdam təmsilçisi bu mərhələdə ən böyük hesablı səfər qələbəsinin müəllifi olub.
 
Belə ki, 1992-ci ildən keçirilən kubok yarışlarının 24 illik tarixində heç bir komanda yarımfinalın səfər matçında 4 top üstünlüyünə nail olmamışdı. Bunadək yalnız bir dəfə bu mərhələdə qonaqlar böyük hesablı qələbə əldə etmişdi.
 
Həmin hadisə  1998/99 mövsümündə qeydə alınmışdı. 17 il öncə "Neftçi” "Turan”ı 3 cavabsız qolla keçmişdi ki, "Qarabağ” bakılıların rekordunu 1 qol üstələyib.
 
Yarımfinal mərhələlərinin mütləq rekordu isə "Qarabağ”ın darmadağın etdiyi "İnter”ə məxsusdu. Bakılılar yarımfinalda 5:0 hesablı qələbəyə də nail olub. Bu, 2008/09 mövsümünə təsadüf edib. Həmin vaxt "bankirlər” "Qəbələ” ilə ev oyununda 5 cavabsız qola sevinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər