Azərbaycan finalda Almaniyaya rəqib oldu

Azərbaycan finalda Almaniyaya rəqib oldu
Bu gün “Elit atçılıq və Polo klubu”nda Polo üzrə Avropa çempionatının 1-ci mərhələsində sonuncu - 5-ci tura yekun vurulub. Fanat.az xəbər verir ki, açılış oyununda Almaniya İsveçrə seçməsini 6:3 hesabı ilə məğlub edərək Avropa çempionatının finalında oynamaq hüququ qazanıb. 
Ardınca meydana Azərbaycan və İspaniya komandaları çıxıb. Görüş millimizin 9:3 hesablı qələbəsi ilə başa çatıb. 5-ci tura İtaliya İrlandiya oyunu ilə yekun vurulub. Qarşılaşmada Apennin təmsilçisi 5:3 hesabı ilə qələbə qazanıb. 
Beləliklə, bu gün saat 19.30 da başlayacaq Avropa çempionatının finalında Azərbaycan və Almaniya üz-üzə gələcəklər. Buna qədər isə 5-ci və 3-cü yerlər uğurnda görüşlər keçiriləcək. Saat 17.30 da İsveçrə və İtaliya 5-ci yerin, 18.30 da isə İspaniya və İrlandiya 3-cü yerin sahibini müəyyən edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər